ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna və digər maraqlı ölkələrə kömür satmaq niyyətindədir.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, onun ABŞ Energetika Nazirliyindəki çıxışının stenoqramı dünən Ağ evin saytında dərc edilib.
“Ukrayna artıq milyonlarla ton kömürə ehtiyacı olduğunu bildirib. Biz kömür satmaq istəyirik”, - Tramp bəyan edib.
İyunun 23-də məlum olub ki, 2018-ci maliyyə ili üçün ABŞ Müdafiə Nazirliyinə vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsinin Ukraynaya hərbi yardım haqqında maddəsi olacaq. Bu vəsaitə həmçinin silah alınması da daxil olacaq. Bir ay bundan öncə ABŞ-ın Ukrayna da daxil olmaqla, bir sıra ölkələrə birbaşa qrantları kreditlərlə əvəz edərək hərbi yardım prinsiplərini dəyişmək barədə məlumat yayılmışdı.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub