“MasterCard” şirkəti Avropada istirahət üçün az kəşf edilmiş 19 məkanın adını açıqlayıb.
Mynews.az xəbər verir ki, Sey-yah.com-un məlumatına görə, reytinq tərtib olunan zaman səyahət bloggerlərinin, turizm ekspertlərinin və “MasterCard” şirkətinin gündəlik məlumatlarından istifadə olunub.
Həmçinin, gündəlik xərclər, gözəllik və sıxlıq kimi meyarlar da nəzərə alınıb.
Siyahıda Şəki şəhəri 18-ci sırada yer alıb. Unikal mədəniyyəti və mətbəxi ilə zəngin Azərbaycanın son illərdə turistlər arasında populyarlıq qazandığı və Şəkinin İslam memarlığı və mozaikalarla dolu olduğu bildirilib.
“Şəkidə orta səviyyəli restoranda adam başına düşən yeməyin qiyməti 15 avro, 3 ulduzlu oteldə gecələminin dəyəri isə 15 avrodan ucuzdur”, – şirkətin məlumatında qeyd edilib.
Reytinqdə ilk sırada İspaniyanın Asturiya bölgəsi qərarlaşıb. Şirkət bu bölgədəki Covadonga monastırını Avropanın ən gizli xəzinəsi adlandırıb. Təmiz plyaja sahib bölgədə orta səviyyəli restoranda qiymət 18 avro, iki nəfərlik 3 ulduzlu otel otağının dəyəri isə 25 avrodur.
Siyahıda növbəti yerlərdə Maltanın Mdina və Zebbug tikilisi, Avstriyanın Halştad qəsəbəsi və Portuqaliyanın Azor adaları qərarlaşıb.
Oxu.az
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
585 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
541 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
518 dəfə oxunub
4
Əli Əsədov yeni qərar imzaladı
513 dəfə oxunub
5
Zəngilana növbəti köç karvanı yola salındı
508 dəfə oxunub