Dünən Argentinanın Rosario şəhərində dünya futbolunun ulduzu Lionel Messinin toy mərasimi baş tutub.
Lionel Messinin toyuna 260 qonaq dəvət olunub. Rosarioya xüsusilə "Barselona" klubunun oyunçuları Neymar, Luis Suares və Jerar Pike öz həyat yoldaşı - kolumbiyalı müğənni Şakira ilə və Karles Puyol, Serxio Aquero, Qonsalo İquain, Sesk Fabreqas, Xavi və digərləri gəliblər. Mərasimdə həmçinin cütlüyün 2 oğlu və uşaqlıq dostlarıda olub.
30 yaşlı Messinin seçdiyi Antonello Rokutso onun uşaqlıq dostudur, 2000-ci illərin ortalarında görüşməyə başlayan cütlüyün iki oğlu var.
Nikah mərasimi dəbdəbəli hoteldə keçirilib. Mərasimi işıqlandırmaq üçün 157 jurnalist akkreditasiyadan keçib.
Lionel Messi və Antonella Rokuçço toy mərasiminə gələcək qonaqlardan hədiyyə əvəzinə Messinin uşaqlara yardım fonduna ianə etməyi təklif ediblər.
Qeyd edək ki, Lionel Messi Argentina millisi ilə 2008-ci ildə Pekin Olimpiya Oyunlarının qalibi olub, 3 dəfə Dünya Çempionatında iştirak edib və ən yaxşı nəticəsi 2014-cü ildə Dünya Çempionatının gümüş medalı olub. Bu Dünya Çempionatında Lionel Messi turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. Bundan əlavə Messi 3 dəfə Amerika Kubokunun gümüş medalını qazanıb (2007, 2015, 2016).
Klub karyerasında Lionel Messi 8 dəfə İspaniya Preimerasının, 5 dəfə İspaniya Kubokunun, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, Lionel Messi 5 dəfə "Qızıl Top" mükafatına layiq görülüb.
Oxu.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub