Türkiyənin məşhur FLO ayaqqabı mağazasında hər gün erməni müğənnisi Sakonun "Mi Gna" mahnısı səslənir.
Mynews.az xəbər verir ki, azxeber.com-un əməkdaşının lentə aldığı görüntülərdə müştərilərin çoxu mağazada səslənən mahnının erməni mahnısı olduğunu anlamırlar. Əməkdaşımız kassaya yaxınlaşaraq bu mahnının erməni mahnısını olduğunu və Istanbulun mərkəzində niyə erməni mahnısının təbliğ olunduğunu soruşur. Türk satış meneceri isə mahnının onlar tərəfindən yox, mərkəz tərəfindən qoyulduğunu və heç nə edə bilməyəcəyini deyib.
Etirazlara baxmayaraq, mağazada erməni mahnısı səslənməyə davam edib. Hadisənin səhəri günü də analoji hadisə yaşanıb. Belə ki, mağazaya yenidən baş çəkən əməkdaşımız yenə həmin mahnının səsləndiyinin şahidi olub.
Qeyd edək ki, sözügedən ayaqqabı mağazası Türkiyənin ən böyük ayaqqabı satışı ilə məşğul olur. FLO-nun Azərbaycanda bir neçə satış mərkəzi də fəaliyyət göstərir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub