Bu gündən Avropa İttifaqına (Aİ) sədrlik Maltadan Estoniyaya keçib.
Mynews.az Report-a istinadən xəbər verir ki, rəsmi Talinin ittifaqa sədrliyi yanvarın 1-nə qədər davam edəcək.
Bununla bağlı Brüsseldə Estoniya baş naziri Yuri Rattas, Aİ-nin xarici diplomatiyasının rəhbəri Federika Moqerini və ittifaqın digər yüksək vəzifəli rəsmilərinin iştirakı ilə mərasim keçirilib.
Aİ-yə ilk dəfə sədrlik edəcək Estoniyanın əsas prioritetləri kimi açıq və innovasiyalı iqtisadiyata malik Avropa, təhlükəsizliyin təmin edilməsi, rəqəmsal texnologiyaların tətbiq edilməsinin genişləndirilməsi və Avropanın dayanıqlı inkişafı kimi məsələlər müəyyən edilib.
Qeyd edək ki, bundan öncə Aİ-yə Malta sədrlik edib. Estoniyadan sonra ittifaqa rəhbərilk Bolqarıstana keçəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub