İŞİD terror təşkilatı əsirlikdə saxladığı və seks köləsi etdiyi qadınlar üçün xüsusi tətbiqi proqram hazırlayıb. Təşkilat xadimləri bu proqram vasitəsilə ticarət qurub. Təcavüz etdikləri qadınları, eləcə də bakirə qızları makiyaj edib, cəlbedici geyimdə fotolarını proqrama yerləşdirərək milyonlar qazanır.
Publika.az "RİA Novost"-yə istinadən xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin Beynəlxalq Koalisiya ilə birlikdə Rakkada apardığı əməliyyatlarda əsirlikdən azad olan insanların İŞİD-in "həyat anlayışına" dair verdiyi maraqlı faktlar aşkarlanıb.
İŞİD terror təşkilatının xadimlərindən birinin xanımı "seks kölələri" üçün xüsusi bir proqramın olduğunu təsdiqləyib.
Rakkadan qaçan vətəndaşlardan biri, Nur adlı livanlı qadın BBC-nin müxbiri Qabriel Qeythauz ilə söhbətində dəhşətli faktların üstün açıb:" Ərim İŞİD-ə qoşulmuşdu. Onu tapmaq üçün gəldiyimdə vəziyyətin şahidi oldum. Seks köləsi olan qadınlarla müqayisədə öz həyat yoldaşlarına çox qəddar davranırdılar və bəziləri bu səbəbdən boşanırdı. Əsirlikdəki qadınlara gözəl geyimlər, aksesuarlar geyindirib fotolarını çəkir və 2-3 min dollara satışa çıxarırdılar. Əgər aralarında bakirə qızlar varsa, onların qiyməti ən az 15 min dollar olurdu".