32 yaşlı Donna Pris adlı bir qadın anası ilə atasının bacı-qardaş olduğunu ortaya çıxarıb.
Publika.az xəbər verir ki, 2014-cü ildə valideylərinin əslində bacı-qardaş olduqlarından şübhələnən Donna həqiqəti öyrənən kimi polisə müraciət edib və bununla da valideynlərinə açdığı məhkəmə çəkişməsi başa çatıb.
3 ildir davam edən istintaq nəticəsində cütlüyün günahkar olduğu ortaya çıxıb.
Dindirilmə zamanı valideynlər eyni anadan olduqlarını etiraf edib. Bildiriblər ki, onlar bacı-qardaş olduqlarını öyrənməzdən əvvəl sevgili olublar və sonradan həqiqəti öyrənmələrinə rəğmən, 10 ildir birlikdə yaşayırlar.
Bu haqda açıqlama verən Donna “özümü xəyanətə uğramış kimi hiss edirəm. Bütün uşaqlığım onların üzündən yalan oldu. Onlara olan nifrətimi heç bir kəlmə ifadə edə bilməz”, -deyə bildirib.



1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub