Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları “Petya.A” virusundan istifadə ilə kiberhücumda Rusiya xüsusi xidmət orqanlarının iştirakını müəyyən edib.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bildirib.
İdarənin məlumatına görə, dövlət idarələrinə kiberhücumun hədəfi ölkədə ictimai-siyasi vəziyyətin məqsədyönlü destabilizasiyası idi.
“Virusla yoluxdurma planlaşdırılmışdı və qabaqcadan həyata keçirilmişdi. Əhəmiyyətli məlumatların məhv edilməsi və əhali arasında dəhşətli əhval-ruhiyyələrin yayılması üçün Ukraynanın dövlət və şəxsi müəssisələrinin işinin pozulması virusun əsas təyinatı idi”, – xəbərdə deyilir.
Qeyd edilir ki, əldə edilən məlumatlar 2016-cı ilin dekabrında Ukraynanın maliyyə sistemi, nəqliyyat obyektləri və energetika sisteminə edilən hücumlara eyni haker qruplaşmalarının cəlb olunduğunu söyləməyə əsas verir.
“Bu, Rusiyanın xüsusi xidmət orqanlarının kiberhücumda iştirakını göstərir”, - mətbuat xidmətinin məlumatında deyilir.
Xatırladaq ki, kiberhücum iyunun 27-də həyata keçirilib.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub