İŞİD terror təşkilatı xüsusi tətbiqi proqram hazırlayıb. BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu proqram əsirlikdə saxladığı və seks köləsi etdiyi qadınlar üçündür.
Belə ki, təşkilat xadimləri bu proqram vasitəsilə böyük ticarət qurub. Təcavüzə məruz qoyduqları qadınları makiyaj edib, cəlbedici geyimdə fotolarını proqrama yerləşdirərək milyonlar əldə edir. Onlar arasında bakirə qızlar da var.
Suriya Demokrat Qüvvələrinin Beynəlxalq Koalisiya ilə birlikdə Rakkada apardığı əməliyyatlar zamanı əsirlikdən azad olan insanların İŞİD-in "həyat anlayışına" dair verdiyi maraqlı faktlar aşkarlanıb.
İŞİD-in xadimlərindən birinin qadını "seks kölələri" üçün xüsusi bir proqramın olduğunu boyununa alıb.
Rakka şəhərindən qaçan Nur adlı livanlı qadın BBC-nin müxbiri Qabriel Qeythauzə müsahibə verib. O müsahibəsində dəhşətli faktları açıqlayıb:
"Ərim İŞİD-ə qoşulmuşdu. Onu tapmaq üçün gəldiyimdə vəziyyətin şahidi oldum. Seks köləsi olan qadınlarla müqayisədə öz həyat yoldaşlarına çox qəddar davranırdılar və bəziləri bu səbəbdən boşanırdı. Əsirlikdəki qadınlara gözəl geyimlər, aksesuarlar geyindirib fotolarını çəkir və 2-3 min dollara satışa çıxarırdılar. Əgər aralarında bakirə qızlar varsa, onların qiyməti ən az 15 min dollara yaxın idi".





1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub