Dünyanın ən zəngin insanları günə necə başlayır? - FOTOLAR

609

Bill Geyts, Stiv Cobs, Riçard Branson kimi milyarderlərin uğurlarla dolu karyerası dünyada milyonlarla insanın ilham mənbəyi olub və olmaqda davam edir. Bu zənginlərin məşhur gündəlik ritualları var və onların müvəffəqiyyətlərinin də elə bu rituallara bağlı olduğu deyilir.

Dünyanın ən zəngin insanları günə necə başlayır? - FOTOLAR

Mynews.az dünyanın ən zəngin insanlarının gücə necə başladıqlarını təqdim edir: 

1. Riçard Branson / Virgin Group
 
Gün doğan kimi oyanmaq üçün yatmazdan əvvəl pərdələri açıq qoyur. Səhər ilk gördüyü iş isə üzmək və sörf etməkdir. Daha sonra vitaminlərlə dolu təamlardan hazırlanmış səhər yeməyi masasına əyləşir.

2. Uarren Baffit / Berkshire Hathaway 


Səhər oyanan kimi gündəlik qəzetləri oxuyur. Uarren ümumiyyətlə mütaliə “xəstəsidir”. Günün 80%-ni oxuyaraq keçirir. Hər gün orta hesabla 500 səhifə oxuyur. 

3. Arianna Huffington / Huffington Post 


Günə 30 dəqiqə meditasiya ilə başlayır. Yatmazdan əvvəl isə bütün cihazları söndürür və otağından kənara çıxarır. 

4. Bill Geyts / Microsoft-Bill&Medinda Gates 


Səhər 1 saat qaçış aparatında məşq edir. Daha sonra Teaching Company kurslarını izləyir.

5. Mark Zükerberq / Facebook 


Əgər gecə sabahadək işləməyibsə, səhər saat 8-də oyanır. Həyatında daha artıq bir məşğuliyyətə qərar vermək üçün vaxt itirməsin deyə hər gün eyni koftanı geyinir. 

6. Ofri Uinfrey / Oprah Winfrey Show-Harpo Productions-Oprah Winfrey Network 


Əvvəlcə meditasiya ilə məşğul olur, daha sonra isə idman aparatında qaçır. Səhər yeməyini yedikdən sonra işə mütləq 1 saat tez gedir ki, əlavə vaxt qazansın. 

7. Elon Mask / SpaceX-Tesla Motors-SolarCity-OpenAl 


Gecə saat 1-də yatıb, səhər saat 7-də oyanır. Adətən səhər yeməyi yemir. Naharı isə cəmi 5 dəqiqə çəkir. Gündə 1 və ya 2 dəfə qaçış aparatı vasitəsilə məşq edir.

8. Sergey Brin / Google - Google X 


Günə fitnes məşqləri ilə başlayır. İdman ayaqqabısından başqa heç nə geyinmir. İclaslar zamanı yoqa ilə məşğul olur və bəzən sadəcə əllərinin üstündə gəzir. Parkinson xəstəliyinə yoluxmamaq üçün gündə 2 stəkan yaşıl çay içir. 

9. Stiv Cobs / Apple-Pixar-NeXt Stiv Cobs

 
hər səhər öz-özünə motivasiyaedici nitq söyləyirmiş. O, güzgüdə özünə “Bu gün həyatımın son günü olsaydı, az sonra edəcəyim işlərdən xoşbəxt olardımmı” sualını verərə, cavabları üst-üstə “yox” olardısa, mütləq harasa səyahətə çıxarmış. Bundan başqa o, minimalism tərəfdarı olub, qara kofta, cins şalvarı gündəlik ritualına çevirmişdi.

Xəbər lenti