Tailandda polislər qeyri-adi tapşırıq alıb. Onları ölkənin şərqinə cinlərin qovulması üçün xüsusi əməliyyat keçirmək üçün göndəriblər.
Metbuat.az-ın məlumatına görə, buna səbəb Amnatçaren əyalətindəki kənd sakinlərinin hakimiyyətə müraciəti olub. Kəndlilərin iddiasına görə, qadın formasında zalım kabus bir neçə aydır ki, onları qorxudur.
Kənd sakinləri deyir ki, “Pxi Pop” adlı cin dörd inəyi qətlə yetirib və dörd sərhəd xidmətinin əməkdaşına xəstəlik törədib. Əyalətə cəlb edilən polislər, kəndin küçələrində patrula başlayıblar.
Qeyd edək ki, “Pxi Pop” tay mifologiyasının ən məşhur personajların biridir. Onun insanlar üzərində hakimiyyət qurmaq qabiliyyətinə malik olması və xaos yarada biləcəyinə inanılır.
“Samui Times” qəzeti yazır ki, ölkədə ən azı 20 ruh yaşayır və onlardan ən təhlükəli olanı “Krasu” adlı ruhdur. İnanca görə, o, gözəl qadın şəklində peyda olur və qurbanını özünə cəlb edir.