Belçika Səhiyyə Nazirliyi dəri xərçəngi riski yaratması səbəbilə solyari vasitəsilə qaralmağın qadağan edilməsini tələb edib.
Artıq Maliyyə Nazirliyi proseduru həyata keçirən mərkəzlərlə görüşüb qadağa haqqında xəbərdarlıq yaymağa başlayıb.
Əvvəllər də bu kimi qadağalar tətbiq edən hökumət artıq tək solyarini yox, süni şəkildə qaralmağa xidmət edən hər növ “ultrviyole” cihazlarının satışına və istifadəsinə qəti qadağa qoyub.
Səhiyyə Nazirliyindən bildirib ki, bu kimi cihazların verdiyi şüa səviyyəsi insan bədəninin qəbul edə biləcəyindən artıqdır. Bu da çox ciddi dəri xərçəngi riski yaradır. Bu şüanın insana zərər verməsinin qarşısını alacaq bir vasitə isə yoxdur.
Beləliklə də 1 sentyabrdan etibarən solyari mərkəzləri insanlara məcburi olaraq “Solyari dəri xərçəngi yaradır” kimi xəbərdarlıqlar edəcək. Belçikayla yanaşı, Hollandiya da bu qərarı qəbul edə və solyari qadağası tətbiq oluna bilər.
Avstraliyada isə sözügedən qadağa artıq 2 ildir ki, tətbiq edilir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub