Türkiyənin Konya şəhərində həyat yoldaşının bir mənzildə başqa qadınla yaşadığını öyrənən Sevim H. sözügedən evə gəlib. Əri ilə mübahisə edən Sevim qısa müddətdə döyüşə çevrilən hadisədə yoldaşını ürəyindən bıçaqlayaraq öldürüb.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, həyat yoldaşı Əli Hüyükü bıçaqlayaraq öldürən Sevim Hüyük ilk ifadəsində həyat yoldaşı üçün ailəsindən imtina etdiyini söyləyib. Sevim "Ailəm Ankarada qalır. Mən Beyşehirin peşə liseyində oxumaq üçün gəlmişdim. Burada tanış olduq. Ailəm evlənməyimizi istəmədi. Mən məktəbi tərk edib, onunla qaçaraq evləndim" deyib.
Hadisə anında özündə olmadığını söyləyən qadın "Həyat yoldaşımı dəlilər kimi sevirəm. Hadisə necə oldu anlamadım. Mən onsuz yaşaya bilmərəm. Öldüyünə inanmıram və inanmaq istəmirəm. O, mənə hər gün evə gələrkən çiçək alıb gətirirdi" ifadələrini işlədib.
Sevim H. dindiriləmsi sonrası prokurorluğa aparılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub