Türkiyədə ilginc cinayət hadisəsi baş verib.
Milli.Az DHA-ya istinadən xəbər verir ki, Anytalyada 6 nəfər kirayə götürdükləri evə mebel yığdırmaq istədiklərini söyləyərək ölçü üçün çağırdıqları mebel ustası (34) Emre K. -nı döyüb çılpaq fotolarını çəkərək ondan 200 min lirə tələb ediblər.
Antaliyada öz adını daşıyan mebel mağazasının sahibi olan Emre K. hücuma uğradığı iddiasıyla şikayətçi olub. Əlində tapança və bıçaq olan maskalıların onun qolunu bağlayıb döydüklərini, sonra isə "Bizə 1 milyon lirə gətirməsən, sənə və ailənə zərər verərik" deyən Emre K. çılpaq fotolarının çəkildiyini də söyləyib.
Bu qədər pulu olmadığını söyləyincə 100 mini nağd 100 min lirəni isə kreditlə olmaqla 200 minə razılaşdıqlarını deyən Emre K.-nın şikayəti sonrası hərəkətə keçən polis pulun təhvil-təslim ediləcəyi məkanda pusqu qurub. Ancaq pulu almaq üçün cinayətkarlardan heç kim gəlməyib. Telefon danışığı qeydləri və hadisənin baş verdiyi mənzili kirayələyənlərin şəxsiyyətləri müəyyən edildikən sonra 6 şübhəlini saxlanılıb.
Məhkəmənin qərarı ilə təqsirkarlara ümumilikdə 32.5 il həbs cəzası verilib.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub