Ötən gün Ermənistan Müdafiə Nazirliyinin təmas xəttində baş verən döyüşlərdə yalnız bir hərbçinin öldürülməsi və birinin yaralı olması barədə verdiyi xəbərlər yalan çıxıb.
Düşmən tərəfində itkilərin çox olmasını, jurnalist Qaqik Şamşyanın əsgərlərdən birinin dəfn mərasimində paylaşdığı video ilə ortaya çıxarıb.
Ötən gün ermənilərin yaydığı rəsmi məlumatda fevralın 8-də saat 11:00 radələrində təmas xəttinin şimal istiqamətində 1979-cu ildə anadan olmuş, müqavilə əsasında xidmət keçən hərbçi Geqam Manukyan öldürüldüyü deyilirdi. Bundan əlavə, saat 12:00 radələrində təmas xəttinin Ağdərə istiqamətində həqiqi hərbi xidmət keçən əsgər Koryun Kirakosyanın ağır yaralandığı bildirilirdi.
Lakin bu gün sözgedən separatçı rejim rəhbərliyi və yüksək rütbəli hərbçilər 19 yaşlı Gor Qareqinyanın dəfn mərasimində iştirak edib. Məlumatda bildirib ki, 19 yaşlı Gor fevralın 8-də təmas xəttində baş verən qarşıdurma zamanı öldürülüb. Bu fakt ermənilərin dünənki gün xeyli itki verdiklərini, ancaq bunu ciddi-cəhdlə gizlətməyə çalışdıqlarını sübut edir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub