Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kınalıada” sualtı qayığının suya buraxılması mərasimindəki çıxışında bildirib.
“2023-cü ilədək Türkiyənin hərbi sənayesi xarici şirkətlərdən asılılığı azaltmalıdır. Biz öz aviadaşıyıcımızı da inşa etməliyik. Biz gəmi tikintisində liderlərdən biri olmalıyıq. Artıq öz aviadaşıyıcımızın olması arzusunun reallaşacağı tarix uzaqda deyil”, - Türkiyə prezidenti vurğulayıb.
“Kınalıada” hərbi gəmisinin tikintisinə “MİLGEM” layihəsi çərçivəsində başlanılıb. “MİLGEM” proqramının icrasına 1996-ci ildə başlanılıb. Maliyyə çatışmazlığı ucbatından onun reallaşmasında fasilələr olub. Sualtı qayığın ilk nümunəsinin istehsalına 2008-ci il oktyabrın 2-dən “Heybeliada” gəmisi ilə başlanılıb.
“Türkiyə artıq 14 hərbi gəmi layihəsini gerçəkləşdirib. Növbədə daha 10 gəmi layihəsi var”, - R.T.Ərdoğan bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub