“Cəhənnəm yoxdur, Adəm və Həvva yalandır, Allah da bizim kimi…” PAPA

637
“Cəhənnəm yoxdur, Adəm və Həvva yalandır, Allah da bizim kimi…” PAPA

Kilsə tərəfindən mənimsənilən, amma Tanrının bağışlayan xarakterinə zidd olan bəzi inanclar son zamanlar “Time” jurnalının “İlin adamı” seçdiyi Papa tərəfindən sorğu-sual olunur. Papa Fransisk son söhbətində bunları deyib:

“Təvazökarlıq, vicdan və dini bütövlük sayəsində müəyyən ehkamçı fikirlərə dair yeni anlayışlar qazanmışıq. Kilsə artıq insanların əzab çəkdiyi əsl cəhənnəmə inanmır. Bu doktrina tanrının mərhəmətli olmasıyla uyğun gəlmir. Tanrı hakim deyil, O, insanların dostu və bağışlayandır. Tanrı sizi kənarlaşdırmaz, ancaq və ancaq bağışlayar. Adəm və Həvva nağılında olduğu kimi biz cəhənnəmi gerçək bir yer kimi görürük. Cəhənnəm yalnız tək qalmış bir ruhun əks olunmasıdır. Bu ruh da digər bütün ruhlar kimi sonda Tanrının mərhəmətinə sığınacaqdır”.

Papa Fransisk dünyada əks-səda oyandıran şok edici çıxışında bunları bildiribi:

“Bütün dinlər safdır, çünki dinlər inanan insanların qəlbində saflaşır. Başqa bir doğru axtarmayın. Keçmişdə Kilsə əxlaqsız, ya da günahkar olanlara qarşı çox sərt davranıb. Artıq mühakimə etmirik. Bağışlayan bir ata kimi uşaqlarımızı əsla kənarlaşdırmırıq. Kilsəmiz heteroseksual və homoseksuallar üçün, ya da abort əleyhdarları və abort tərəfdarları üçün kifayət qədər böyükdür. Mühafizəkarlara, liberallara, hətta kommunistlərə də qapımız açıqdır və hər kəs bizə qoşulmağa davam edir. Hamımız eyni Allaha inanırıq və ona dua edirik.”

Roma Papası Fransisk bu sözləri ilə çıxışını sona çatdırıb:

“Katoliklik zaman ərzində təkamül nəticəsində dəyişikliklərə məruz qalmış, indiki müasir və ağlabatan bir dindir. Zaman bütün dözümsüzlükləri aradan qaldırmağın zamanıdır. Qəbul etməliyik ki, dinin doğruları tədricən inkişaf edir və dəyişir. “Doğru” qəti və dönməz deyil. Ateistlər də Tanrını qəbul edir. Sevgi və mərhəmət sayəsində ateistlər də Allahı tanıyır və bəşəriyyətin xilas edilməsində fəal rol oynayaraq öz ruhlarını təmizləyirlər”.

Papanın çıxışındakı bir ifadəsi ənənəçilərin ağıllarını qarışdırıb və onları hirsləndirib:

“Tanrı da bizim kimi inkişaf edir və dəyişir, çünki o içimizdə və qəlblərimizdə yaşayır. Dünyaya sevgi və mehribanlıq yaydığımız zaman əslində öz ruhumuza müraciət edirik və onunla tanış oluruq. İncil çox gözəl bir müqəddəs kitabdır, amma digər bütün böyük və qədim abidələr kimi onun da köhnələn hissələri var. Hətta bəzi hissələr dözümsüzlüyə və mühakimə etməyə çağırır. Sevgi və doğruluq mesajının əksinə, bu misraları sonradan əlavələr kimi görməyin vaxtı gəlib çatıb. Əks təqdirdə bu fikirlərin müqəddəs kitabdan çıxdığı hesab ediləcək.

Yeni anlayışımızın bir gərəyi olaraq qadınları Baş Papaz, Yepiskop və İlahiyyatçı olaraq göndərəcəyik. Ümid edirəm ki, gələcəkdə qadın bir Papa olacaq. Kişilərə açıq olan qapıların qadınlara da açıq olmasına icazə verək”.

Qeyd edək ki, Katolik Kilsəsindəki bir neçə Baş Papaz Roma Papasının son açıqlamalarına qarşı çıxıb (Moderator.az).

 

Xəbər lenti