Çinin Quançjou şəhərində məktəbli avtobus qaçırıb və polis saxlayana qədər onu şəhərdə 40 dəqiqə sürüb, bu barədə Mynews.az Oxu.Az-a istinadən xəbər verir.
Çinin sosial şəbəkələrində doqquz yaşlı oğlanın avtobus sürməyi ilə bağlı videoçarx yayılıb. Yoldan ötənlər sükanın arxasında məktəblini görərək polisə xəbər veriblər. Avtobusu yalnız 40 dəqiqədən sonra GPS-qurğunun vasitəsilə dayandırmaq mümkün olub.
Oğlan bütün bu müddət ərzində avtobusu səliqəli sürüb və heç nəyə dəyməyib.
Məktəblinin avtobusu necə qaçıra bilməsi müəmmalıdır, lakin şəkildən görünür ki, minik vasitəsinin qapısının şüşədən olan hissəsi sındırılıb.
Avtobusun sahibi bildirib ki, oğlan əvvəllər də mobil telefon və portmanat oğurladığı üçün saxlanılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub