Yaponiyada son günlərdə dəbə minən Otonamaki terapiyası sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, bu müalicə üsulu bir çox cəhətdən faydalıdır.
Yaponlar Otonamaki terapiyasını körpələr üçün olan qundaq bezləri ilə həyata keçirir. Yaponlar iddia edir ki, bələnmək yetkin insanlara da müsbət təsir göstərir. Bələmə müalicəsi hər gün 20 dəqiqə müddətinə tətbiq olunur. Otonamaki etdirmək istəyən adamlar kürək üstü yerə uzanır, dizlərini qarınlarına doğru çəkir sonra təlimçi gəlib onları bələyir. Başdan ayağa qundaqlanan insanlar sonra yüngülcə sağa sola fırlanır.
Otonamaki masajı fizioterapiyaya alternativ olaraq əsasən qadınlara təklif edilir. Çünki analar doğuşdan sonra orqanizmdə şişkinlik və müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkir. Xüsusən kürək ağrılarına, duruş pozğunluqlarına yaxşı təsir etdiyi güman edilir. Bunun doğumdan sonra yaşanan acıları və ağrıları aradan qaldırdığı fikri də irəli sürülür.
Otonamaki terapiyasınə həyata keçirən Orie Matsuonun sözlərinə görə, bu, böyüklərə bələnmiş uşaqların özünü necə hiss etdiyini başa düşməsinə imkan verir.
Otonamakini ilk dəfə Nobuko Vataneybl adında məşhur yapon icad edib. Həmin şəxs Yaponiyada geniş şəkildə istifadə edilən ana kəmərlərinin də ixtiraçısıdır.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub