Türkiyənin Qaziantep rayonunda axşam saatlarında avtomobil yolunda qəribə hadisə baş verib.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, gənc qadını 3 nəfər yolun ortasında zorla avtomobilə mindirməyə çalışıblar.
Hadisə ötən gecə Şahinbey mahalı Yeditepe Məhəlləsi 72 nömrəli Prospektdə qeydə alınıb. Əldə edilən məlumata görə, adı hələ öyrənilməyən gənc qadını 80 HA 973 nömrəli avtomobilə mindirməyə çalışan 3 şəxs qadının müqaviməti ilə qarşılaşınca onu yerə ataraq sürətlə hadisə yerindən uzaqlaşmaq istəyiblər. Avtomobilin qapısını buraxmayan qadın daha sonra maşından enən bir kişi tərəfindən qolundan tutularaq yola buraxılıb. Şübhəlilər dərhal hadisə yerindən uzaqlaşaraq gözdən itiblər.
O anlar isə arxa avtomobildəki vətəndaşın mobil telefonu ilə anbaan qeyd edilib. Hadisədən sonra avtomobillərdən enən digər sürücülər gənc qadının yanına gedərək yerdən qalxması üçün kömək ediblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub