İstanbulun Esenyurt rayonunda nişanlıların mübahisəsi ölümlə bitib.
Dörd gün sonra toyları təyin edilən 23 yaşlı qız aralarında baş verən mübahisə zamanı onu döyən nişanlısını bıçaqlayaraq öldürüb.
Hadisə ötən gün baş verib. Ayberk K. ilə nişanlısı A.Y. -nin bir-birlərini çox sevdikləri deyilir. A.Y. sosial şəbəkə hesabında: "Bir-birimizə rastlamadan öncəki həyatımız, doğurdan bir-birimizi axtarmaqdan başqa bir şey deyilmiş" , - yazdığı da məlum olub.
Gənc qız Beylikdüzü Bələdiyyəsinə nikah üçün aldıqları "7 İyul 2017" tarixinin üzərində yazılı qeyd edildiyi kağızı da sosial şəbəkədəki hesabında paylaşıb.
İddiaya görə, nişanlılar arasında "Zəngə cavab verməmək üstündə" mübahisə yaranıb. Mübahisənin böyüməsi sonrası Ayberk K. nişanlısını döyüb. Aldığı zərbələrin ağrısından dəliyə dönən və "Məni necə vura bilərsən?!" deyən A.Y. mətbəxdən götürdüyü bıçağı nişanlısının ürəyinə sancıb. Ayberk K. hadisə yerində dünyasını dəyişib. A.Y. nəzarətə alınıb. Qız polisə ifadəsində nişanlısı ilə telefona görə mübahisə etdiklərini, özünü qorumaq üçün mətbəxə qaçdığını, sonrasını isə xatırlamadığını qeyd edib.

milli.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub