Qazaxıstanda yaşayan 78 yaşlı Məryəm nənə nəvəsi Dilşodla birlikdə mahnı sözləri yazır və rep deyir. Nənənin çəkdirdiyi kliplər sosial şəbəkələrdə izlənmə rekordları qırır.
Mynews.az xəbər verir ki, qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşan tandemdən BBC News müsahibə götürüb.
Qohumlar birlikdə treklər yazırlar və onları “Instagram”da yerləşdirirlər. Bir qayda olaraq, Dilşod aktual mövzularda nənəsinə suallar verir, o isə rep-jarqonda cavab verir. Məsələn, nənə-nəvə tandemi pensiya ilə bağlı belə bir trek yazıblar:
Nəvənin sözlərinə görə, nənəsi ilə ilk treki dostlarını təəccübləndirmək üçün yazıb. Video sosial şəbəkələrdə ajiotaj yaratdığı üçün, reper nənəsi ilə birgə rep oxumağa davam etmək qərarına gəlib.
Tandemin “Instagram”da 12,5 min izləyicisi var. Onlar sosial şəbəkələrdə rep-kompozisiyalarla yanaşı, nənənin aktyorluq istedadını nümayiş etdirən məzəli səhnəciklər də yerləşdirirlər.
Oxu.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub