ABŞ "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatını vurmağa davam edir.
ABŞ-ın Missuri ştatındakı "Whiteman Air Force" hərbi-hava bazasından səmaya qalxan 2 B-2 strateji bombardmançı təyyarəsi 9173 km məsafəni 32 saata qət edərək Liviyanın Siirt şəhərində İŞİD mövqelərini bombalayıb.
Mynews.az Milli.Az-a istinadən bildirir ki, hər birini iki pilotun idarə etdiyi təyyarələr İŞİD mövqelərinə 160 bomba atıb.
ABŞ HHQ-də 20 B-2 bombardmançı təyyarəsi var. "Northrop Grumman" korporasiyasının istehsalı olan bu təyyarələrin hər birinin dəyəri 737 milyon dollardır.
B-2 təyyarələri Liviyaya uçub qayıdanda səmada iki dəfə xüsusi KC-135 Stratotankers tanker-təyyarəsi vasitəsilə baklarını yanacaqla doldurublar.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub