Konyada avtomobilində yol gedərkən pnevmatik tüfənglə öldürülən 39 yaşlı Yunus Şənərin 29 yaşlı Yaşar Urdemir tərəfindən vurulduğu ortaya çıxıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, nəzarətə alınan Urdemir Yunusu öldürmə səbəbi kimi ifadəsində fahişəlik edən 20 yaşlı sevgilisi Büşra B.-dan tez-tez pul tələb etməsi ilə əlaqələndirib:
"Büşra B. mənə zəng edib "Sən necə sevgilisən? Nə edirsən et ona" dedi. Mən də tüfənglə vurdum".
Büşra B. keçmiş tanışı olduğu ortaya çıxan Yunus Şənərin ondan tez-tez pul istədiyi xəbərini təsdiqləyib:
"Ona günlük 50 TL verməyimin lazım olduğunu, əks halda məni işlətməyəcəyini söyləyirdi. Hadisə günü axşam saatlarında rəfiqəm Büşra C. ilə məni polislər nəzarətə almışdı. İfadə verdikdən sonra sərbəst buraxıldım. Təhlükəsizlik İdarəsindən çıxdıqdan sonra Yaşar bizi çalışdığımız əraziyə qoyub, getdi. Yunus yanıma gələrək yenə pul istədi, təhdid etdi. Mən də Yaşara zəng edib: "Gəl məni bu adamın əlindən qurtar. Sən necə sevgilisən?" dedim. Yaşar dərhal gəldi, Yunusu güllələdi".
Yaşar məhkəmənin qərarı ilə həbs olunub. Büşra B. isə sərbəst buraxılıb.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub