Amerikanın Luiziana ştatında qaz kəmərində partlayış baş verib. Hadisə nəticəsində iki fəhlə ölüb, daha bir fəhlə isə itkin düşüb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Yerli hakimiyyətin məlumatına görə, hadisə cümə axşamı baş verib. Partlayışdan sonra qaz kəmərində güclü yanğın baş verib. Kəmər ilə qazın nəqli dayandırılıb.
“Onlar deyirlər ki, indi ən yaxşı variant bütün qazın sona qədər yanmasıdır”, - polis Qreq Şampeyn məlumat yayıb.
Onun sözlərinə görə, yanğın bir neçə saat və ya bir neçə gün davam edə bilər.
Telekanalın məlumatına görə, yaxınlıqda yerləşən 60-a yaxın evin sakini təxliyə edilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub