Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cinsi yolla ötürülən infeksiya ilə bağlı həyəcan təbili çalır.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, süzənək (qonoreya) sağalmaz xəstəliyə çevrilir. Belə ki, xəstəliyin yaranmasına səbəb olan Neisseria növünə malik bakteriya tez bir zamanda antibiotiklərə uyğunlaşır.
“Süzənəyə səbəb olan bakteriya çox “ağıllı” olub. Hər dəfə xəstəliyin sağalması üçün yeni növ antibiotik tətbiq etdikdə, bakteriyalar çoxalır və antibiotikə dözümlü olurlar”, -deyə ÜST-nin eksperti Teodor Vay bildirib.
Artıq Yaponiya, Fransa və İspaniyada müalicə zamanı heç bir sxemin faydalı olmadığı 3 hal qeydə alınıb.
Qeyd olunur ki, xəstəliyə oral seks zamanı da yoluxmaq olur. Ekspertin sözlərinə görə, sağalmaz formaya daha çox eyni cinslərin intim münasibəti zamanı rastlanır.
Hər il bu infeksiyaya 78 milyon insan yoluxur.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub