18 yaşlı qızın ayağı elə bir hala düşdü ki... - FOTOLAR

752
18 yaşlı qızın ayağı elə bir hala düşdü ki... - FOTOLAR

18 yaşından bəri nadir görülən lenfödem xəstəliyindən dolayı ayağı şişən Roseanne Smitin ayağından 17 litr maye çıxarılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikada yaşayan Roseanne Smitin bir ayağı 18 yaşından bəri inanılmaz dərəcədə şişib. Həkimlər heç cür səbəbini tapa bilməyəndə Roseanne həyata küsüb. İki ayağını müqayisə edən Roseanne birini filə, digərini isə quşa bənzədib. Xəstəliyin ilk vaxtlarında ayağını gizlətmək üçün boş paltarlar geyindiyib. Lakin ayağı qalınlaşdıqca onu gizlətmək mümkün olmayıb. Nəhayət 29 yaşında ona lenfödem diaqnozu qoyulub. Müalicəsi olmayan xəstəlik səbəbilə ayağı getdikcə daha da böyüyən qadın yeriyə bilməyib.

2 il ərzində topladığı ianələrlə Cənubi Koreyada liposaksiya və kök hüceyrə müalicəsi etdirən Roseanneyin ayağından 17 litr maye qəbul çıxarılıb. 54 yaşlı qadın əməliyyatdan sonra ayağının 50 faiz nazikləşdiyini və illər sonra ilk dəfə dizini qatlaya bildiyini deyib.

 

Xəbər lenti