“Rusiya Əmanət Bankının əmanətçilərinin hesablarında milyardlarla dollar var. Siz bankın imicini darmadağın edir, nüfuzunu aşağı salırsınız. Sizinlə mübarizəmdən artıq bir ay keçir. Heç nə dəyişməyib. Müştərilərlə rəftarınız, mühtərilərə münasibətiniz yolverilməz dərəcədə bərbaddır”.
Mynews.az Milli.az-a istinadən bildirir ki, Rusiya Əmanət Bankının (“Sberbank”) müştərilərindən biri bankın Moskvadakı şöbələrindən birinə gedərək orada narazılığını bildirib. Daha sonra isə o, özü ilə gətirdiyi iki striptizçi qadına “Müştərilərlə necə davranmaq gərəkdiyini bu insanlara göstərin!”, - deyib.
Striptizçi qadınlar müştərinin mobil telefonundakı musiqi sədaları altında soyunaraq rəqs etməyə başlayıblar. Onların “Qribı” qrupunun mahnısının müşayiəti ilə erotik rəqsləri 3 dəqiqə davam edib.
Bank “rəqs sifarişçisi”nin adını açıqlamasa da, müştərinin Vladislav Kuntsev adlı iş adamı olduğu bildirilir.
Rusiya Əmanət Bankının ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Oleq Vlasovun dediyinə görə, olay mayın əvvəlində baş verib: “Müştərinin problemi bu insident baş verənə qədər həll olunmuşdu. Xuliqanlıq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”.
Bu olayın “Sberbank”ın nüfuzuna zərbə vurmaq istəyən rəqiblərdən biri tərəfindən xüsusi hazırlanmış və sosial şəbəkələrdə paylaşılmaya hesablanmış virus videosu olduğu da iddia olunur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub