Türkiyənin Manisa şəhərində ziddiyyətli ifadələr verən şəxs həbs olunub.
Şübhəlinin keçmiş sevgilisinin nişanlanmağını qəbul edə bilmədiyi məlum olub.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, keçən həftənin cümə günü gecə saat 2 radələrində meydana gələn hadisədə, özəl bir reabilitasiya mərkəzinin sahibi olan Özcan Ç. və mərkəzin müdiri Xədicə S. özləri ilə xidmətçiləri F.B.-nı da götürərək Uşaka gediblər. Uşakdan Manisaya dönəndə Özcan Ç. F.B.-nı evinə yola salıb. Xədicə S.-ni evinə ötürmək üçün yola çıxıb. Xədicə S. iddiaya görə, avtomobildən özünü atıb və yaralanıb. Hadisədən sonra Özcan Ç. ağır yaralı Xədicə S.-ni avtomobilə qoyaraq Selendi Dövlət Xəstəxanasının ağzına qoyub. Vəziyyəti ağır olan Xədicə S. burada edilən ilk müdaxilənin ardından Manisa Merkez Efendi Dövlət Xəstəxanasına köçürülüb.
Özcan Ç. ifadəsində: "Xədicəni evinə ötürmək istəyərkən avtomobilin qapısını qəfil açıb, çölə tullandı", - deyib. Edilən araşdırmada Xədicə S. -nin avtomobildən özünü atdığı yerin, evi istiqamətindən tamamilə fərqli bir yolda olduğu məlum olub. Jandarmadaya ifadəsindən sonra prokurorluğa aparılan Özcan Ç. həbs olunub. Xədicə S. -nin nişanlı olduğu məlum olub.
İddiaya görə, Özcan Ç. qızın nişanlanmasını həzm edə bilməyib. Hadisə günü yığıncaqdan dönərkən avtomobili birdən fərqli bir yolla süməyə başlayıb. Yola baxdığında evindən uzaqlaşdığını görən Xədicə S. qapını açaraq özünü maşından atıb.
Gənc qadının vəziyyətinin ağır olduğu deyilir.
Özcan Ç.-nin isə ilk ifadəsində "keçmiş sevgili" iddialarını rədd etdiyi, qızın avtomobildən səbəbsiz yerə atladığını söylədiyi bildirilir. İfadələri ziddiyyətli olan şübhəli həbs olunub.

1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub