ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp qalmaqal yaradacaq bir video paylaşıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, “İnstaqram” hesabında paylaşılan videoda ABŞ prezidentinin “CNN təyyarəsi”ni raketlə vurduğu əks olunub.
Videoçarxda 1986-cı ildə çəkilən “Ən yaxşı atıcı” filminin kadrlarından istifadə edilib. Süjetə görə Trampın idarə etdiyi təyyarə qısa təqibdən sonra “CNN təyyarəsi”nə raketi buraxır və onu birinci cəhddən vurur.
Video bir gün ərzində demək olar ki, 140 min baxış toplayıb. İstifadəçilərin çoxu onu uğursuz zarafat adlandırıblar.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın özü ötən həftə CNN telekanalı ilə bağlı oxşar tipli video paylaşıb. Trampın “Tvitter” hesabında yaydığı, montaj olunmuş videoda özünün CNN telekanalı ilə güləşdiyi əks olunub.
Qeyd edək ki, Tramp prezident seçiləndən sonra, "yalançı xəbər şirkəti" adlandırdığı CNN-i ictimaiyyət qarşısında dəfələrlə hədəf alıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub