Donald Tramp və ABŞ-ın keçmiş prezidenti Bill Klintonun və son prezident seçkilərində Trampa rəqib olmuş Hillari Klintonun qızı Çelsi Klinton “Twitter”də bir-birinin ünvanına tikanlı sözlər yazıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, hər şey D.Trampın “G-20” sammitindəki sessiyalardan birində qısa müddətə iclası tərk edərkən yerinə qızının oturmasına icazə verməsi məsələsi ətrafında baş verib.
Belə ki, ABŞ prezidenti “Twitter”də qızının yerinə oturmasını standart prosedur olduğunu qeyd edib. O əlavə edib ki, analoji addımı Hillari Klinton (Tramp son seçkilərdə məhz H.Klintonu üstələyib - red.) atsaydı, KİV “Çelsi prezident olsun”, - deyə məqalələr tirajlayardı.
Buna cavab olaraq, Çelsi Klinton valideynlərinin heç vaxt belə addım atmayacağını bildirib.
Xatırladaq ki, İvanka Tramp Hamburqda “Böyük iyirmiliy”in sammitində Afrikaya həsr olunmuş sessiyanın gedişində prezidentin İndoneziya dövlət başçısı Coko Vidodo ilə danışıqlar aparmaq üçün qısa müddətə iclası tərk etməsindən sonra atasının yerinə əyləşib. Atasının yerinə əyləşdiyi vaxt İ.Tramp Böyük Britaniyanın baş naziri Tereza Mey və Çin Xalq Respublikasının sədri Si Tszinpin ilə yanaşı oturub.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub