Türkiyənin Sakarya şəhərinin Kaynarca bölgəsində 10 aylıq körpəsi və qarnındakı uşağı ilə birgə öldürülən suriyalı qadının qaçırılma görüntüləri ortaya çıxıb.
Publika.az xəbər verir ki, Mefta Əmani adlı qadına qonşusu Birol K. və Camal B. tərəfindən əvvəlcə təcavüz edilib. Qadının ağlayan körpəsini boğaraq öldürən iki cani daha sonra ananın başını əzərək qətlə yetirib. Qadının hamilə olduğu uşağın həyatını da xilas etmək mümkün olmayıb.
Vəhşi cinayətin ardınca tutulan canilər məhkəməyə çıxarılıb. Məhkəmə cinayətkarlar barəsində həbs qərarı çıxarıb.
Suriyalı ananın cənazəsinə minlərlə insan qatılıb.
***
Türkiyənin Sakarya bölgəsində tükürpədən cinayət hadisəsi baş verib.
Publika.az xəbər verir ki, Kaynarca qəsəbəsində 9 aylıq suriyalı hamilə qadın təcavüzə məruz qalıb. Qadın zorlandıqdan sonra yanındakı 10 aylıq körpə ilə birlikdə qətlə yetirilib.
Hadisənin baş vermə səbəbi də məlumdur. Yaxınlıqdakı toyuq fermasında çalışan iki şəxs qadının əriylə mübahisə edib. Ondan qisas almaq üçün həyat yoldaşını qaçıran cinayətkar cütlük pis əməllərini həyata keçirdikdən sonra daşla qadının başına vuraraq onu öldürüblər. 10 aylıq körpəni də boğublar.
Hadisədən xəbər tutan kimi axtarış-əməliyyat tədbirləri həyata keçirən yerli polis əməkdaşları qısa müddətdə azğın cinayətkarları yaxalayıblar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub