İstanbul Eminönü yarımadasında bu ilin 23 yanvar tarixində qanuni həyat yoldaşı Mustafa T. ilə mübahisə etdikdən sonra 40 günlük qız körpəsini dəniz atan ana Fatma K. və körpənin atası hakim qarşısına çıxarılıblar.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, 40 günlük körpəsini dənizə atan ana məhkəmədə hadisəni necə törətdiyini soyuqqanlılıqla izah edib.
Hadisənin olduğu gün körpənin qırxı çıxdığı üçün bacısıgilə getdiyini və buna görə Mustafa T. ilə arasında dava baş verdiyini deyən Fatma K.: "Məni vurmağa başladı. Sonra da körpəni götürüb kreslonun üstünə atdı. Uşağın bir müddət səsi kəsildi. Sonra mənə 350 TL verdi. "Al bu pulu taksiyə min, körpəni dənizə at" dedi. Mən körpəni götürüb taksiyə mindim. Taksi sürücüsü körpənin çox ağlamasından şübhələndi. Xəstəxanaya aparmağımı istədi. Mən qəbul etmədim. Gəmi limanı yaxınlığında taksidən endim. Dəniz kənarına doğru gedib körpəni dənizə atdım", - deyib. Körpəni dənizə atdıqdan sonra özünə gəldiyini söyləyən Fatma K.: "Oradan polis bölməsinə gedib vəziyyəti izah etdim" , - sözlərini fikirlərinə əlavə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub