“Tolerantlıq giclər üçün düşünülüb, ABŞ murdar, Merkel Qərbin marionetkasıdır və demokratiya iblisin törəməsidir”.
Publika.az xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşri ilə söhbətində “dünyanın ən təhlükəli motosikl sürücüsü” hesab edilən Aleksandr Zaldostanov deyib.
Rusiyanın “Gecə canavarları” bayker klubunun “Cərrah” ləqəbli lideri, nəşrin yazdığına görə, həm də “Putinin dostu”, “homoseksualların düşməni”, “demokratiyanın düşməni” və “Krım işğalının tərəfdarı” kimi tanınır.
Nəşr qeyd edir ki, Zaldostanov kifayət qədər kobud baxışlara malikdir, başqalarından fərqli olaraq ona çoxları qulaq asırlar: “Vətəndə Rusiya vətənpərvərliyinin nümunəsi kimi ona hörmət edirlər. Bəziləri hətta hesab edirlər ki, “Gecə canavarları”nın liderinin reytinqi Putindən daha yuxarıdır”.
Zaldostanov üçün Rusiya dissidentləri “satqınlardır”.
Nəşrin jurnalisti qeyd edir ki, mövzu zövqünə uyğun olmadığı halda, onun cavabları qısa və xəsis olur. Vidalaşarkən Zaldostanov alman jurnalistə bildirir ki, o, istədiyini yaza bilər, çünki qərb jurnalistləri həmişə belə edirlər. Onun sözlərinə görə, nə vaxtsa Qərbdə Rusiyadan daha azad ölkənin olmadığını anlayacaqlar.
“Eyni zamanda Rusiya qəzetlərində heç vaxt Rusiyanın “murdar” və ya Putinin “iblis” olduğunu yazmayıblar. Görünür, “Cərrah”da azadlıq və həqiqət haqqında tamamilə şəxsi təsəvvürlər var və ona görə də Rusiyada insanlar ona daha çox qulaq asırlar”, - “Bild” yekunlaşdırıb.
Ömər

1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub