ABŞ prezidenti Donald Tramp Fransaya ilk səfərinə başlayıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, ABŞ dövlət başçısının təyyarəsi artıq Parisin Orli aeroportuna eniş edib.
Fransa prezidenti Emmanuel Makron qonağı tarixi Əlillər Evində qarşılamaq niyyətindədir. Rəsmi mərasimdən sonra onlar üz-üzə danışmaq üçün Sena çayının sağ sahilinə, Yelisey sarayına yollanacaqlar. Ardından dövlət başçılarına nümayəndə heyətlərinin üzvləri də qoşulacaq. Görüşün yekunları ilə bağlı mətbuata açıqlamalar veriləcək.
İyulun 14-də D.Tramp Fransa Milli Günündə Yelisey meydanında keçiriləcək hərbi paradda iştirak edəcək. Amerikalı lideri bu tədbirə Birləşmiş Ştatların Birinci Dünya Müharibəsinə daxil olmasının 100 illiyi ilə əlaqədar dəvət ediblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub