Mynews.az-ın məlumatına görə, bunu AzVision-a millət vəkili Vahid Əhmədov deyib.
Deputatın fikrincə, Azərbaycanda hökumət elə formalaşmalıdır ki, dünyada gedən iqtisadi təlatümlər fonunda çevik qərarlar qəbul etmək mümkün olsun.
“Cənab prezident islahatlara başlayıb. Bu yaxınlarda Prezident Administrasiyasında struktur dəyişiklikləri edildi. Həmçinin Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Bu islahatlar yalnız birləşdirmə və ləğvetmə ilə yekunlaşmır. Həmçnin yeni qurumlar yaradılır. Bu yaxınlarda Dövlət Reklam Agentliyi yaradıldı. Agentliyin yaradılması çox vacibdir və reklam sahəsində olan gəlirləri tənzimləyəcək.
Ümumilikdə, islahatlar davam edəcək. İslahatların aparılması Azərbaycan prezidentinin səlahiyyətində olan məsələdir. İslahatların birdən-birə aparılması müəyyən problemlər yarada bilər. O baxımdan sistemli şəkildə həyata keçirilir”.
V.Əhmədov qeyd edib ki, Azərbaycanda iqtisadi sahədə də ciddi islahatlar aparılır: “Bank sistemində islahatlat aparılır və proses davam edəcək. Sözsüz ki, biz bankların birləşməsinin tərəfdarıyıq. İslahatlar bütün sahələri əhatə edir və davamlı olacaq”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub