Mynews.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Nemtsovun qətlində təqsirli bilinənlər 11 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.
İşdə əsas fiqurant olan Zaur Dadayev 20 il həbs cəzasına məhkum edilib. Anzor Qubaşev 19 il, Şahid Qubaşev 16 il, Tamerlan Əsgərxanov 14 il, Həmzət Baxayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərin hər birinə ayrılıqda 100 min rubl cərimə kəsib. Məhkəmənin qərarı ilə Z. Dadayev leytenant rütbəsindən və “İgidliyə görə” ordenindən, T. Əsgərxanov isə gizir rütbəsindən məhrum edilib.
Qeyd edək ki, Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında Kreml yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Martın 8-də məhkəmənin qərarı ilə Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib. 2015-ci ilin noyabr ayından beynəlxalq axtarışda olan, qətlin ehtimal edilən sifarişçisi və təşkilatçısı Ruslan Muxudinov haqqında istintaq isə davam edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub