Perunun sabiq prezidenti Olyanta Umala və onun həyat yoldaşı Nadin Erediya nəzarətə alınıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, onlar barəsində ilkin olaraq 18 aylıq həbs-qətimkan tədbiri seçilib.
Hökm açıqlanan kimi məhkumlar polisin müşayiəti ilə məhkəməyə yollanıb və təslim olub. Hələlik keçmiş dövlət başçısı və xanımının məhz hansı həbsxanada saxlanılacağı məlum deyil.
İstintaqın məlumatına görə, O.Umalanın prezident olduğu dönəmdə (o, 2016-cı ilin iyul ayında vəzifədən gedib) Venesuela hökumətindən, eləcə də, 2006 və 2011-ci illərdə seçki kampaniyalarında Peru Milliyyətçi Partiyasının maliyyələşdirilməsi üçün “Odebrecht” tikinti şirkətindən və OAS firmasından pul aldığı ehtimal olunur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub