Tim və Meri Smit cütlüyü 12 yaşlı qızlarının qəfil ölümü ilə sarsılıb.
Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, ölümündən sonra qızlarının otağında bir qutunun içərisindən tapdıqları və üzərində "13 Aprel 2023-cü ildə açın" yazılmış məktubu oxuyarkən duyğulu anlar yaşanıb.
Qeyd edək ki, ailəsi tərəfindən yaradıcı və ağıllı biri olaraq qiymətləndirilən Teylor Smit 12 yaşında 2014-cü ilin 5 yanvar tarixində vəfat edib.
Teylorun valideynləri böyük bir maraq içində zərfi açaraq məktubu oxumağa başlayıblar. Məktubda kiçik qızın özünün 10 il sonrakı halına yazdığı tövsiyələr əksini tapırdı.
Ən sevdiyi serial olan "Doctor Who"ya da məktubunda yer verən Teylor Smit: ""Doctor Who" hələ də davam edir? Əgər etmirsə, necə bitdi? Get bir az "Doctor Who" izlə! Sonra, bəlkə də bir şey oxumalısan", - sözlərini yazaraq gələcəkdə onu keçmişdəki fəaliyyətlərini xatırladacaq cümlələr qeyd edib.
Həm gündəlik həyatından bəhs edən, həm də gələcəyə dair ümidlər daşıyan məktubdakı son cümlələr ailəni ağladıb.
Kiçik qızın məktubu bu cür bitir: "Söyləmək istədiklərim bu qədər. Unutma, bunları yazmağımın üzərindən tam 10 il keçdi. Həyatımda yaxşı şeylər də oldu, pis şeylər də. Həyat belədir. Axarına buraxmaq məcburiyyətindəyik. Sevgilərlə, Teylor Smit".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub