İraqda böyüklüyünə görə ikinci şəhər olan Mosul "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilib.
Lakin şəhərdə hələ də gizlənən, daldalanan İŞİD mənsubları var.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İraq ordusu və silahlı könüllülərin dəstələri Mosulu terrorçulardan təmizləməyə davam edirlər.
Və bu zaman İŞİD terrorçularına qarşı elə İŞİD vəhşiliyi, cəlladlığı tətbiq olunur.
Mosuldakı binalardan birində aşkarlanan 3 İŞİD terrorçusunu iraqlı hərbçilər xüsusi qəddarlıqla qətlə yetiriblər.
Təslim olmuş terrorçuları döyəndən sonra iraqlı hərbçilər onları qayanın kənarına sürüyüblər.
Terrorçuların yalvarışlarına kimsə qulaq asmayıb və onları aşağı atıblar.
Sonra isə iraqlı hərbçilər yerə düşərək can verən İŞİD mənsublarını güllələyiblər.
Qalmaqallı video sosial şəbəkələrdə yayılandan sonra İraqın Müdafiə Nazirliyi olayı araşdırmağa başlayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub