Hazırda ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabla bağlı yeni xəbərlər var.
Mynews.az Axşam.az-a istinadən məlumatına görə, Nyu-Yorkun Manhetten bölgəsində Metropolitan həbsxanasında tutulan Rza 3 həftə təcridxanada saxlanılıb.
Zərrabın vəkili Bencamin Brafman cinayət işinə baxan hakim Riçard Bermana yazdığı ərizədə müvəkkilinin heç bir səbəb göstərilmədən 21 gün təcridxanaya salınmasını, ardından yenə də heç bir səbəb göstərilmədən Bruklindəki digər həbsxanaya transfer edildiyini ifadə edib.
Həmin həbsxanada saxlanılan məhkumlar digər məhkumlardan tamamilə ayrı saxlanılır. Vəkil həbsxana idarəçilərinin Zərrabı təcridxanaya qoyduqları üçün onları məhkəməyə verəcəyini bildirib. O, eyni zamanda ayyarımdır Zərrabl əlaqə saxlaya bilmədini əsas gətirərək oktyabrın 30-da başlayacaq məhkəmə prosesinin təxirə salınmasını istəyib.
Qeyd edək ki, R.Zərrab müğənni Ebru Gündeşin əridir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub