Rusiyada 15 yaşlı qızı zorlayıb öldürməkdə təqsirli bilinən 29 yaşlı Azərbaycan vətəndaşı Əlizadə Əli Qismət oğlu Vladiqafqaz şəhərində saxlanılıb.
Onunla əlbir olan digər 26 yaşlı Azərbaycan vətəndaşı da həbs edilib.
Q.Əlizadə iyulun 14-nə keçən gecə Şimali Osetiyadan İnquşetiyaya keçmək istəyərkən tutulub.
Qeyd edilir ki, 15 yaşlı Yekaterina Bibikin anası qızının itkin düşməsi ilə bağlı Novorossiysk şəhər polisinə iyulun 10-da müraciət edib. Müstəntiqlər müəyyən ediblər ki, yeniyetmə qız həmin gün nənəsinin evindın çıxıb və bir daha geri qayıtmayıb.
İlkin versiyaya görə, Yekaterina iyulun 10-da saat 19:25 radələrində Lenin parkında Qismət Əlizadə ilə görüşüb. Sonra “QAZel” markalı avtomobildə Qismətin dostları gəlib və onlar qıza dəniz kənarına getməyi təklif ediblər, lakin nəticədə onu üzümlüyə aparıb zorlayıblar.
“İnsanların olmadığı yerdə avtomobili saxlayıb, yetkinlik yaşına çatmayan qızı növbə ilə zorlayıblar, sonra isə öldürüblər”, – Rusiya İstintaq Komitəsinin məlumatında deyilir. (Oxu.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub