Britaniyada iki kişi ilk dəfə olaraq dünyaya övlad gətirib.
21 yaşlı Hayden Kross və 23 yaşlı Skott Parker dünyaya qadın kimi gəliblər, lakin hazırda cinsiyyətin dəyişdirilməsi əməliyyatı ərəfəsindədirlər. Onlar qərara gəliblər ki, əməliyyatdan keçib tam kişi olanadək uşaq dünyaya gətirsinlər.
Parker öyən avqust ayında dostu ilə bir gecəlik sərxoş cinsi əlaqədən uşağa qalmışdı. Onun Sara adında qızı aprel ayında doğulub. Cross isə qızı Trinitiyi qeysər kəsiyi əməliyyatı ilə doğub. Cross hamilə olmaq üçün donor spermindən istifadə edib.
Bildirilir ki, hazırda hər iki ana kişiyə çevrilmək üçün lazım olan prosedurları davam etdirirlər.
Qeyd edək ki, dünyada ilk uşaq doğan kişi arizonalı Tomas Beyatiedir. O dünyaya qadın kimi gəlib. Beyatie 2007-ci ildən başlayaraq donor spermi ilə üç uşaq doğub.
metbuat.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub