Keçmiş sevgilisini yataqda başqa bir kişi ilə tutan “Döyüş maşını” ləqəbli boksçu Con Koppenhaver onu ölümcül döyüb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, peşəkar boksçu Con Koppenhaver model Kristi Makenin dişləri daxil olmaqla, bədənində 18 sümüyü qırdığı üçün ömürlük həbs cəzasına məhkum edilib.
2014-cü ilin avqust ayında keçmiş boksçu sevgilisi ilə əlaqəsinin bitməsindən sonra model Kristy şirkət sahibi olan Korey Thomas ilə eşq yaşamağa başlayıb. Bunu görən boksçu qısqanclıqdan dəliyə dönüb. Boksçu Kristinin evinə girib, yataq otağında onu yeni məşuqu ilə tutub. Əsəblərinə hakim ola bilməyən boksçu sevgilisini yumruqlamağa başlayıb.
Əvvəllər də adam oğurluğu, zorlama və fiziki işgəncə kimi 29 müxtəlif cinayəti olan boksçu məhkəmədə etdiklərindən peşmanlıq duyduğunu söyləməsinə baxmayaraq, bağışlanmayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub