Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordusunun bölmələrindən birində hərbi qulluqçular arasında atışma baş verib. Nəticədə zabit və əsgər yaralanıblar.
Mynews.az xəbər verir ki, insidentə səbəb müdafiə mövqelərindən birində yerləşən postda əsgərin mühəndis işlərinin yerinə yetirilməsindən imtina etməsi olub.
İlkin məlumata görə, Madagiz yaşayış məntəqəsində yerləşən dağ-atıcı alayın bölüklərindən birinin komandiri baş leytenant Vaxe Qriqoryan içkili vəziyyətdə silah tətbiq edəcəyi hədəsi ilə əsgəri özü üçün qəbir qazmağa məcbur edib. Təhqirlərə dözməyən əsgər avtomat silahından atəş açaraq zabiti boğazından ağır yaralayıb. Hadisədən sonra əsgər özünə də atəş açaraq qəsd etmək istəyib.
Hadisə yerinə gələn digər hərbi qulluqçular yaralılara ilkin tibbi yardım göstəriblər. Hər iki hərbi qulluqçu hərbi hospitala yerləşdirilib. //Trend
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub