Mynews.az Lent.az-a istinadən xəbər verir ki, həyat yoldaşı ölüm ayağında olan qadını klinikaya gətirib, lakin burada ona kömək edə bilməyiblər. 3 gün sonra həkimlər “beyin ölümü”nü təsdiq ediblər.
Beyin ölümü bütün orqanizmin ölümü deməkdir. Ürək dayandıqda (ürək ölümü) insanı yenidən həyata qaytarmaq mümkün olsa da, beyin ölümü zamanı bu mümkün deyil. Beyin öləndə ürək və digər orqanlar bir müddət xüsusi tibbi avadanlıqların köməyi ilə işləsə də, belə insan faktiki olaraq “diri ölü”dür.
Frankielen hamilə olduğuna görə, həkimlər onun bədənini bətnində olan uşaqlar ölənə qədər aparatlara qoşulu şəkildə saxlamağa qərar verirlər. Vaxt keçirdi, lakin döllər nəinki ölmürdü, hətta normal inkişaf etməyə davam edirdi. Bunu görən həkimlər uşaqları sona qədər qorumaq qərarına gəlirlər. Müxtəlif mütəxəssislərdən olan böyük komanda uşaqların normal inkişafını təmin etmək üçün əlindən gələni edirdi. Burada mama-ginekoloqlar, fizoterapevtlər, diyetoloqlar, hətta musiqi terapevtlər kimi nadir mütəxəssislər vardı.
Körpələri ana sevgisi və qayğısı ilə təmin etmək üçün həkimlər və Frankielenin ailə üzvləri növbə ilə onun qarnını sığallayır, uşaq mahnıları oxuyurdu, körpələrlə danışırdı.
Nəhayət, ana öləndən 123 gün sonra qeysəriyyə kəsiyi əməliyyatı ilə 2 körpə dünyaya gəldi - 1,4 kq-lıq Ana Vitoriya və onun 1,3 kq-lıq qardaşı Asaf. 3 ay ərzində uşaqlar xəstəxanada xüsusi inkubatorlarda böyüyürdü.
Hazırda 6 aylıq əkizlər tam sağlam və normal uşaqlardır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub