İstanbulun Bağcılar istiqamətində çalışan 17 yaşlı Cansu Çart adlı qız ayrıldığı sevgilisi tərəfindən küçənin ortasında tüfənglə vurulub. Vurulma anı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.
Qaçmağa çalışan M.A.K. polislər tərəfindən saxlanılıb. M.A.K. haqqında məhkəmə həbs qərarı çıxarıb.
Cansu Çartın atasının keçən ildən bəri həbsxanada olduğu, ailəsini saxlamaq üçün börəkçi dükanında çalışdığı məlum olub.
Qeyd edək ki, qızı öldürən qatil M.A.K.-ın Facebook hesabından etdiyi paylaşımla cinayət törədəcəyi əvvəlcədən bilinib, hətta alacağı cəzanı belə nəzərə alıbmış. Qatilin hesabında "Hər şey üstümə gəlir. 36 ili gözə alıram artıq" yazdığı məlum olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub