Səudiyyə Ərəbistanının hakimiyyət dairələri 23 yaşlı modeli axtarır. Polis və xüsusi xidmət strukturları həmin xanımı "adət-ənənəni tapdalamaqda, ölkə qanunvericiliyini kobud şəkildə pozmaq"da suçlayırlar.
Səbəbsə çox trivialdır.
Milli.az bildirir ki, sosial şəbəkələrdəki profili "Khulood" olan xanım Səudiyyə Ərəbistanının Şəqra bölgəsindəki məşhur Uşayqer kəndində dolaşıb.
Bu kənd populyar turist məkanı sayılır.
Uşayqer küçələrində əynində mayka və şortla gəzən "Khulood" sonradan videogörüntülərini Snapchat-dakı profilində paylaşıb.
Video Səudiyyə Ərəbistanında böyük qalmaqala səbəb olub. Çünki bu ölkədə qadınlar evdən çıxdıqda mütləq əyinlərində "əbayə" adlı uzun ətəkli geyim olmalıdır.
Səudiyyə Ərəbistanında qadınların başıaçıq, illah da ki, maykada və şortda gəzmələri qəti qadağandır.
Uşayqer kəndi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan şimalda, səhralıq Nəyc bölgəsində yerləşir.
Həmin məkanın yerli sakinləri çox mühafizəkardır.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub