Bütün cəmiyyətlərdə intim münasibətlər mədəniyyətin təbii tərkib hissəsi saylır. Odur ki, hər bir xalqın, tayfanın özünəxas seksual adətləri var. Çağdaş dövrdə bir sıra cəmiyyətlərdə bizim üçün qəribə və inanılmaz olan intim münasibətlər, ənənələr qorunub saxlanır.
Mynews.az Publika.az-a istinadən müasir cəmiyyətin ən qəribə seksual adətlərini yaşadan xalqların siyahısını tərtib edib.
Seks bayramı
İndoneziyada “Pon” adlı bayram var. Hər il bu bayram zamanı insanlar müqəddəs Yava dağına gedib, öz qəribə ayinlərini həyata keçirdirlər. Onlar həmin gecəni təsadüfi insanla sekslə məşğul olurlar. Əgər 7 il dalbadal bəxtərinə eyni insan düşərsə, bütün həyatlarını xoşbəxt yaşayacaqlarına inanırlar.
Qanlı intim rəqslər
So d'О Haitinin ərazisidir. Burada hər il qeyri-adi dini bayram keçirilir. Hər ilin iyul ayında vuduistlər buraya toplaşıb, dini ayın yerinə yetirirlər. Sonra isə hər kəs çılpaq soyunub, məhəbbət ilahəsinin şərəfinə dənizdə çimir. Ardından qurban kəsilmiş heyvanların qanı üzərində, çılpaq şəkildə intim rəqs edirlər.
Oğlanlara elçi düşən qızlar
“Vodabe” Nigeriyanın ən gözəl və zəngin mədəniyyətə malik qəbiləsinin adıdır. Burada valideynlər övladlarını çox erkən yaşda evləndirirlər. Hər il keçirilən “Herevol” festivalında oğlanlar ən gözəl geyimlərini geyinib, makiyaj edirlər. Qızlar isə onların içərisindən bəyəndikləri oğlanı seçib, ona elçi düşürlər.
Bütün qardaşlara 1 arvad
Himalay ərazisində kənd təsərrüfatına yararlı torpaq azdır. Odur ki, ailələr öz xırda əkin sahələrini öz oğulları arasında bölməmək üçün hamısını eyni qızla evləndirirlər. Antopoloqlar bu həyat tərzini “poliandrik” adlandırırlar. Burada bir qadın bütün qardaşlar üçün həm yataqda, həm də məişətdə qane etməyə çalışır.
Seksual həyata hazırlanan uşaqlar
Papua-Yeni Qvineya planetin ən zəngin mədəniyyətə malik ərazisidir. Buradakı xalqalar nə az, nə çox düz 848 dildə danışırlar. Papuada yaşayan Trobrian qəbiləsi nəsildən nəsilə ötürdükləri sehirli ayinlər həyata keçirirlər. Bu ayınlərin əsas səbəbi erotik hisləri oyadıb, ehtirası artırmaqdır.
Bu qəbilədə cinsi həyata tez başlayırlar. Qızlar 6-8, oğlanlar isə 10-12 yaşdan etibarən seks həyatı üçün yetişkin sayılırlar. Uşaqları bu yaşda evləndirib, onların sekslə məşğul olmaqlarını adi qəbul edən qəbilə üzvləri, birgə yeməklərini ayıb hesab edirlər.
Sidik içən oğlanlar
Papuada yaşayan sambi tayfasının da qəribə adətləri var. Onlar oğlanları 7-17 yaş arası cəmiyyətdən təcrid edib, qadınlar olmayan yerdə saxlayırlar. Dərilərini tez-tez qaşıyırlar ki, bugünədək qadınlardan onlara keçən “çirkdən” qorusunlar. Bu oğlanlar özlərindən böyük kişilərin sidiklərini içirlər ki, daha ucaboy və güclü olsunlar.
Burun arakəsməsi deşilən uşaqlar
Avtraliyada yaşayan marducara tayfasının çox dəhşətli adəti var. Onlar kiçik oğlan uşaqlarının ön dişlərini çıxardıb, burun arakəsməsini deşirlər. Oğlanlara sünnət edib, kəsilmiş dəri hissəsini özünə yedirirlər.
Planetimizdə yuxarıdakılara bənzəyən minlərlə dəhşətli adət mövcuddur. Bu isə, o deməkdir ki, insanlar xüsusən də uşaqlar, hələ də istismara uğrayır, yanlış həyat tərzi sürürlər.