Helen Keller və həyat yoldaşı səbirsizliklə ilk övladlarının dünyaya gəlişini gözləyirdilər. Təssüf ki, sevincləri tezliklə kədərə çevrildi.

Hamiləliyin 24-cü həftəsində həkimlər körpənin üz qüsuru ilə dünyaya gələcəyini bildirdilər. Kiçik Brodiyə ikitərəfli damaq yarığı diaqnozu qoyuldu.

Xoşbəxtlikdən ailə bunun çarəsi olmayan bir hal olmadığını öyrəndi. Anadangəlmə qüsuru əməliyyatla aradan qaldırmaq mümkün idi.

Təəssüf ki, bəzi insanlar körpənin bu halını lağa qoyurdular. Hətta onu bədheybət adlandıranlar da tapılırdı.

Lakin baş verən bir hadisədən sonra Helenin insanlara inamı geri qayıtdı. Gənc ana günlərin birində rəfiqələri ilə kafedə əyləşmişdi. Qadınlar kafeni tərk etməyə hazırlaşarkən ofisiant onlara ikiyə qatlanmış salfet gətirib.

Gördüyü mənzərədən “donub qalan” Helen orada 1000 dollar aşkarlayıb. Puldan əlavə salfetin üzərində cəmi bir cümlə yer alıb: “gözəl körpə üçün”!

Bir o qədər imkanlı olmayan ailənin büdcəsinə həmin pulların böyük faydası oldu. Brodi 3 aylıq olarkən çoxsaylı əməliyyatlardan ilkini keçirdi. Nəticədə uşağın yuxarı çənəsi bərpa oldu. Bu gün hələ də qida borusundan istifadə etməli olsa da, həkimlər gələcəkdə onun normal həyat keçirəcəyinə zəmanət verirlər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub